Bank rəhbərləri Maliyyə Bazarlarına Nəzarət Palatasına ÇAĞIRILDLAR

Bank rəhbərləri Maliyyə Bazarlarına Nəzarət Palatasına   ÇAĞIRILDLAR

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanda fəaliyyət göstərən bankların rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçirilib.

Aktual.az Trend-ə istinadən bildirir ki, görüşdə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hesabatlığın təmin edilməsi, bu sahədə tətbiq edilən daxili nəzarət sistemlərinin daha da təkmilləşdirilməsi, komplayens departamentlərinin fəaliyyətinin effektivliyinin artırılması və digər əlaqədar məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları tərəfindən illər üzrə hesabatlıq statistikası, məlumatların keyfiyyəti barədə təfərrüatlı məlumat və banklarla qarşılıqlı əməkdaşlığa dair məsələlər diqqətə çatdırılıb, bu sahədə bankların müvafiq bölmələrinin işinin təşkili və daxili nəzarət sisteminin tətbiqinə dair tövsiyələr verilib.

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR