Balakən sakininin həyətində 235 çətənə kolu aşkar edildi

Balakən sakininin həyətində 235 çətənə kolu aşkar edildi

Sumqayıt və Balakəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
 
Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Quliyevdən 460 qram marixuana götürülüb.
 
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Hənifə kənd sakini Ülviyyə Məmmədovaya məxsus həyətanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 235 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
 
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.
Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR