Bal yarmarkasının açılışı təxirə salındı

Bal yarmarkasının açılışı təxirə salındı

Bu gün – oktyabrın 5-də Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılmalıydı.

Amma Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar, vətəndaşların və yarmarka iştirakçılarının rahatlığı nəzərə alınaraq, bal yarmarkasının açılış mərasimi təxirə salınıb.
Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkasının Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilməsi nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR