"Baku-Bus" avtobusuna hücum edənlər həbs olundular


"Baku-Bus" MMC-nin 14 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun şüşəsini sındıran şəxslər həbs olunublar.


Aktual.az bildirir ki, Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobusun şüşəsini sındıran 2000-ci il təvəllüdlü Abdulla Novruzov və həmyaşıdı Mircavad Məmmədov saxlanılıblar.
Qeyd edək ki, hadisə yanvarın 28-də Nəsimi rayon ərazisində Dilarə Əliyeva küçəsinində baş verib. "Baku-Bus" MMC-nin 14 saylı marşrut avtobus xəttində fəaliyyət göstərən 99 HJ 103 dövlət qeydiyyat nişanlı avtobusunu naməlum şəxslər daşa basıblar. Nəticədə avtobusun şüşəsi sınıb.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR