Bakıda küçə və parkları təmizləmək üçün yeni tozsoranlar gətirilib.
Bu barədə
Aktual.az-a Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən məlumat verilib.
Bildirilib ki, texnikalar kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl sifarişlə yeni tozsoran texnika alınaraq Bakıya gətirilib.
Yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
Məlumata görə, ilkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.
Xəbər 1274 dəfə oxunub.