Bakının mərkəzində iki nəfərin meyiti tapıldı

Bakının mərkəzində iki nəfərin meyiti tapıldı

Ötən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Xocalı parkında 2 meyit tapılıb.

Lent.az xəbər verir ki, metronun "Xətai" stansiyasının yaxınlığında parkda skamyanın üzərində 2 kişi meyitinin olması barədə məlumat daxil olub. İlkin araşdırmalar zamanı ölən şəxslərin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Məlum olub ki, ölənlərdən biri 1968-ci il təvəllüdlü Bədəlov Mükafat Qulam oğludur. Digər şəxsin kimliyini isə dəqiqləşdirmək mümkün olmayıb.

Bildirilir ki, hər iki şəxs tüfeyli həyat tərzi sürüb və küçələrdə gecələyirmiş. Onların spirtli içki qəbul edəndən sonra gecələdikləri yerdə öldüyü deyilir.

Araşdırma aparılır.

Aktual.az
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR