Bakının mərkəzində dükandan 40 min manatlıq brilyant qolbağı oğurlandı

Bakının mərkəzində dükandan 40 min manatlıq brilyant qolbağı oğurlandı

Bakının mərkəzində qızıl dükanından dəyəri 40 min manat olan brilyant qolbağı oğurlanıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən "Vivid Diamond" mağazasında qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Seymur Kərimova məxsus mağazaya 3 nəfər daxil olaraq satıcının fikrini yayındırıb. Bundan sonra 40 000 manatlıq brilyant qolbağı oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR