Bakıda yük qatarı sərxoş kişini vurub

Bakıda yük qatarı sərxoş kişini vurub

Paytaxtın Binəqədi rayonunda yük qatarı sərxoş kişini vurub.

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, "Baksol” kimi tanınan ərazidə dəmir yolu relslərinin üzərindən keçən 1972-ci il təvəllüdlü Əliyev Elşad Musa oğlunu yük qatarı vurub. 
Nəticədə o, ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Əliyevin vəziyyəti ağırdır.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı məlum olub ki, E.Əliyev sərxoş vəziyyətdə qatar relslərinin üzərində gəzib. O, qatar maşinistinin verdiyi xəbərdaredici səs siqnallarına əhəmiyyət verməyib.
Fakt bağlı araşdırma aparılır.
 
Aktual.az

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR