Bakıda yol polisi qəza şəraiti yaratdı, sürücünü borclu çıxardı - VİDEO

Bakıda yol polisi qəza şəraiti yaratdı, sürücünü borclu çıxardı   - VİDEO

Bakıda yol polisi qəza şəraiti yaratdı, sürücünü borclu çıxardı - VİDEO

Polisin «güzgüsüz işləməyi» və qayda pozması sürücünü hiddətləndirib

Yol polisinin ötən ayın sonlarında etdiyi kobud qayda pozuntuları ictimailəşdirilib. Avtosfer.az xəbər verir ki, Ruslan Abdulla adlı istifadəçinin facebookda paylaşdığı videogörüntülər Bakı Dairəvi Yolunda qeydə alınıb.

Hərəkətin 110 km/saat olduğu yolda dövlət yol polisi sağ zolaqdakı avtomobilə yan alaraq saxlama əmri verir və özü də kəskin tormozlamadan istifadə edir. Arxadan gələn avtomobilləri nəzərə almadan qəza şəraiti sürücünü hiddətləndirir və səs siqnallarından istifadə edir. Yol polisi isə səsgücləndirici ilə «Bir az yavaş sürə də bilərsən» - cavabını verir.

Həmin görüntüləri təqdim edirik:

Xəbər 5324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR