Bakıda yaşayış BİNASI YANIR - FOTO + YENİLƏNİB

Bakıda yaşayış BİNASI YANIR - FOTO + YENİLƏNİB

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov  deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

****
Bakıda yaşayış binasında yanğın başlayıb.

Aktual.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür.
 
Aktual.az
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR