Bakıda xanım sürücü qəza törətdi

Bakıda xanım sürücü qəza törətdi

Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Aktual.az xəbər verir ki, Həsən Əliyev küçəsində "90-BR-301" dövlət qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobil ilə hərəkətdə olan Fəridə Qurbanova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 20 yaşlı Fətəliyeva Leyla Balakişi qızını vurub.
Nəticədə qadın ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının çanaq sümükləri sınıb və bədəninin müxtəlif nahiyələrindən əzilmiş və sıyrılmış xəsarətlər alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Xanım sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. (report)
 
Aktual.az
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR