Bakıda velosiped oğruları tutuldu

Bakıda velosiped oğruları tutuldu

Sentyabrın 25-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən edilib.
Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev və Zərqələm Ələkbərov saxlanılaraq, Polis Bölməsinə gətiriliblər.
Onlar tutarlı sübutlar qarşısında törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
 
Aktual.az
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR