Bakıda taksi sürücüsünə qarşı quldurluq olub

Bakıda taksi sürücüsünə qarşı quldurluq olub

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyi (DİN Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə Bakı əhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edib.
O bildirib ki, avqustun 27-də aat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi "KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 
Xəbər 235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR