Bakıda sevgilisini və onun atasını öldürən şəxsə AĞIR CƏZA

Bakıda sevgilisini və onun atasını öldürən şəxsə  AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Hacıyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 
Aktual.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Məhkəmənin hökmü ilə S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar olunub.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxs lərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
 
Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR