Bakıda «Prado» sürücüsü yol polisini saymadı – 666 - VİDEO

Bakıda «Prado» sürücüsü yol polisini saymadı   – 666 - VİDEO

Yol polisinin «saxla» işarəsinə əhəmiyyət verməyərək oradan uzaqlaşıb

Dünən saat 16:57 radələrində Bakıda «Prado» markalı, 90 EL 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol polisi əməkdaşının «saxla» işarəsinə tabe olmayıb. Hadisə Teymur Elçin küçəsində baş verib.

Avtosfer.az-ın təqdim etdiyi videodan da göründüyü kimi, «Prado» markalı avtomobil sağa dönən kimi 99 YP 466 dövlət nömrə nişanlı Yol-Patrul Xidməti avtomobilində xidmət aparan yol polisi inspektoru ona «saxla» işarəsi verir. Lakin sürücü polisin göstərişinə əhəmiyyət verməyərək hərəkəti davam etdirir və oradan uzaqlaşır.

Həmin görüntüləri təqdim edirik:

Xəbər 4353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR