Bakıda polkovnikin oğlu bıçaqlandı - YENİLƏNİB

Bakıda polkovnikin oğlu bıçaqlandı   - YENİLƏNİB

Bakıda DİN-in yüksək rütbəli əməkdaşının polis oğlu bıçaqlandı - YENİLƏNİB

Bakının Sabunçu rayonundakı "Emin" kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.

"Report"un xəbərinə görə, A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, "Emin" kafesində baş verən kütləvi dava edən şəxslər hadisə yerinə gələn polisin qanuni tələblərinə riayət etməyərək müqavimət göstəriblər. Onlar polis əməkdaşlarına bıçaqla hücum edib. Hadisə nəticəsində dörd polis əməkdaşı yaralanıb.

----------

11:37

Bakıda kütləvi dava olub.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 1-dən 2-ə keçən gecə rayon ərazisində fəaliyyət göstərən "Emin" kafesində qeydə alınıb.

Beyləqan rayon sakinləri - Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə polis çağırılıb. Sərxoş şəxslər əraziyə gələn polis əməkdaşları - polis kapitanı Ağaəli Əkbər oğlu Ələkbərova, polis serjantları Elnur Elman oğlu Şərifov və Bəxtiyar Şahlar oğlu Abbasova xəsarət yetiriblər. Hadisəni törədən şəxslər tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

// Aktual.az

Xəbər 3062 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR