Bakıda partlamamış hərbi sursatlar aşkarlanıb

Bakıda partlamamış hərbi sursatlar aşkarlanıb

Paytaxtda 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Aktual.az-a verilən məlumata görə, Nərimanov rayonu, Müzzəfər Nərimanov küçəsində yerləşən Şampan zavodunun metal qəbulu məntəqəsinin ərazisindən 4 ədəd partlamamış hərbi sursat - 2 ədəd 100 mm-lik top mərmisi - BR 412 və 1 ədəd 152 mm-lik top mərmisi - OF540 və 1 ədəd 100 mm-lik top mərmisinin gilizi (boş) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kv.m. ərazi yoxlanılıb.

Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 24 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib, 4 061 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
 
 Aktual.az
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR