Bakıda məscidə ibadətə gələn şəxs soyuldu

Bakıda məscidə ibadətə gələn şəxs soyuldu

Bakıda məsciddən oğurluq edilib.

Aktual.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Salatın Əsgərova küçəsi 75 ünvanında fəaliyyət göstərən Hacı Sultanəli məscidində qeydə alınıb.

Məscidə ibadətə gələn Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Abbaslı Kamran İlkin oğlunun içərisində mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələri olan çantası oğurlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR