Bakıda mənzildən 7 500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən 7 500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

2019-cu il mayın 29-da Avropa Liqasının final matçını keçirməyə namizəd olan Bakı Olimpiya Stadionunun rəqiblərindən biri azalıb.

Aktual.az  goal.az-a istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqı Frankfurtdakı "Kommersbank Arena" ilə Ştutqartdakı "Mercedes-Benz Arena" arasında seçim aparıb.
Nəticədə üstünlük ikinciyə verilib. Ərizə bu il iyunun 6-dək təqdim olunmalıdır. Final matçının keçiriləcəyi şəhər sentyabrın 20-də açıqlanacaq.
Ştutqartdakı stadionun tutumu 60 min 449 nəfərdir. 2018-2019 mövsümündə Avropa Liqasının final matçını keçirməyə Gürcüstanın paytaxtı Tbilisidəki "Dinamo Arena", Şotlandiyanın paytaxtı Qlazqodakı "Hampden Park", İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərindəki "Beşiktaş Arena" da namizəddir.
 
Aktual.az 
Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR