Bakıda keçmiş məhkumdan tapança və heroin götürüldü

Bakıda keçmiş məhkumdan tapança və heroin götürüldü

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynov saxlanılıb.
Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Şəxsi axtarış zamanı ondan "Revolver” tipli tapança, 2 ədəd patron, 1 kiloqramdan artıq heroin və 390 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Xəbər 212 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR