Bakı şəhərində işçilərin sayı və əməkhaqlarının məbləği açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ilin yanvar-dekabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 982 nəfər artıb. Bununla da işçilərin sayı 718 882 nəfərə çatıb.
Eyni zamanda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,3 faiz artaraq 788,1 manat olub.
2018-ci ilin yanvar-dekabr aylarında muzdlu işçilərin sayı (nəfər) | 2018-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı (manat) | |
Bakı şəhəri - cəmi | 718 882 | 788,1 |
o cümlədən rayonlar: | ||
Binəqədi | 47 092 | 453,9 |
Xətai | 62 460 | 779,8 |
Xəzər | 30 211 | 725,4 |
Qaradağ | 25 000 | 1 041,7 |
Nərimanov | 70 470 | 525,2 |
Nəsimi | 164 244 | 656,6 |
Nizami | 45 282 | 651,5 |
Pirallahı | 8 118 | 1 476,8 |
Sabunçu | 27 646 | 507,6 |
Səbail | 113 971 | 1 423,0 |
Suraxanı | 18 821 | 577,4 |
Yasamal | 105 567 | 698,8 |