Bakıda Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir

Bakıda Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir

Bakıda Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilir.

Aktual.az APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
 
Aktual.az
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR