Bakıda görünməyən nişana görə sürücüləri cərimə edirlər - VİDEO

Bakıda görünməyən nişana görə sürücüləri cərimə edirlər   - VİDEO

Bakının mərkəzində «dayanma və durma qadağandır» nişanı qoyulsa da, sürücülər onu görmürlər. Nəticədə yolun kənarında avtomobili park edən sürücüləri yol polisi 20 manat miqdarında cərimələyir. Əksər hallarda isə avtomobil evakuasiya edilir və sürücü 40 manat cərimə ödəyir. Avtosfer.az-ın ötən həftə gündəmə gətirdiyi bu məsələyə «Xəzər xəbər» də toxunub. Bir daha bildiririk ki, görüntülər Paytaxtın Neftçilər prospekti ilə Rixard Zorge küçəsinin kəsişməsindəndir.Beləki, Neftçilər prospektindən Rixard Zorgi küçəsi istiqamətinə hərəkət edən sürücülər üzü Neftçilər prospekti tərəfə qoyulan dayanmaq və durmaq qadağandır nişanını görmürlər.

Ekspertlər isə deyir ki,həmin prospektdə qoyulan bu nişan yol hərəkəti haqqında qanunun tələblərinə uyğun tətbiq olunmayıb. Əslində isə dayanma və durma qadağandır nişanı ilə yanaşı orada xüsusi istiqamətləndirici löhvədə qoyulmalıdır.

Qanunvercilikdə hansı hallarda sürücünün cərimə ödməməmli olduğu da aydın göstərilir. Ekspertlər də bildirir ki konkret bu halda sürücülər cərimə öədməməlidir.

Xəbər 4500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR