Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulublar

Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulublar

Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulublar.

"Report”un məlumatına görə, 1992-ci il təvəllüdlü Osman Abdullayevi odlu silahla öldürməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Qaradağ rayonunda baş verib. Qətlə yetirilən O.Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb.
 
Aktual.az
Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR