Bakıda evakuatorlara kameralar quraşdırılır – VİDEO

Bakıda evakuatorlara kameralar quraşdırılır – VİDEO

Yol polisləri evakuatorlarına kameralarla nəzarət edəcək. Bunun üçün artıq Bakı Şəhər Dövlət Yol Polisinə məxsus evakuatorlara kameralar quraşdırılıb.

Aktual.az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni kameralar evakuator avtomobili işə salınan kimi görüntünü qeyd etməyə başlayır və mərkəzi bazaya göndərilir.

Belə kameraların qeydə aldığı görüntülərə isə yalnız şikayət ərizəsi əsasında baxmaq olar.

Kamerların qeydə alındığı görüntülər vasitəsilə evakuator ekipajının da işinə nəzarət edilir.

Düşünülür ki, bu kamerlar evakuator sürücülərinin işlərini daha məsuliyyətlə yanaşmalarına və qaydaları pozmamağına şərait yaradacaq.
Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR