Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən
Aktual.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilən zaman təkər tullantılarının yandığı məlum olub. Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəbər 688 dəfə oxunub.