Bakıda «avtoş» yol polisinə güzgü vurub qaçdı - VİDEO

Bakıda «avtoş» yol polisinə güzgü vurub qaçdı   - VİDEO

Paytaxt küçələrində qayda-qanun tanımayan gənclər yol polisini görəndə də «özlərini yığışdırmır»

Bakıda avtoliqanlıq edən sürücülərin videosu yayılıb. Daha doğrusu, onlar özləri öz videolarını yayıblar. Avtosfer.az-ın əldə etdiyi videonun dəqiq nə vaxt çəkildiyi məlum deyil. Lakin görünən budur ki, «VAZ» və

"Tofaş" markalı iki avtomobil Bakı küçələrinə «toy tutur». Onlar qəza şəraiti yaradır, sürət həddini aşır, svetoforun qırmızı işığından keçir və digər təhlükəli hərəkətlərə yol verirlər. «Avtoş»lardan birini «Ləzgi» deyə çağırırlar.

Hər iki avtomobil bir-biri ilə yarışa çıxıb. Onlar qarşılarına çıxan yol polisi avtomobilini gördükdə hərəkəti davam etdirirlər. Hətta «avtoş»lardan biri özünə o qədər arxayındır ki, Yol-Patrul Xidməti avtomobilinə yaxınlaşaraq onu güzgü ilə vurub qaçır.

Həmin görüntüləri təqdim edirik:

Xəbər 2687 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR