Bakıda avtoş sürücünü döydülər - Maşını adamların üstünə sürürmüş (VİDEO)

Bakıda avtoş sürücünü döydülər  - Maşını adamların üstünə sürürmüş (VİDEO)

Bakının Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 99-CT-422 dövlər nömrə nişanlı betonqarışdıran yük maşını kəskin manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. Onun bu hərəkətləri sürücülərdən biri tərəfindən qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, video martın 22-də çəkilib. Yük maşını kəskin şəkildə manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. Hətta belə görünür ki, o, sərxoşdur və maşını "8 yaza-yaza" sürür. Bəzənsə qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaradır. Bunu görən digər sürücülərin ona irad tutmasına baxmayaraq, o hərəkətlərindən qalmır və özünə haqq qazandırır. Hadisə şahidlərinin bildirdiyinə görə, Babək prospektində, "Maşın bazarı"nın yaxınlığında sürücülər onu saxladaraq, döyüblər.

// Aktual.az

Xəbər 6245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR