Bakıda ağır yol qəzası baş verib Ölən, yaralanan var

Bakıda ağır yol qəzası baş verib  Ölən, yaralanan var

Bakıda ağır yol qəzası baş verib - ölən, yaralanan var.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Sabunçu rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat açıqlayıb.

Trend FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, “VAZ” və “Mercedes” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. “VAZ” markalı avtomobilin sərnişini həlak olub, sürücüsü xəsarət alıb, digər avtomobilin sürücü və sərnişini xəsarət alıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədi və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 10:50-də başa çatıb.

Aktual.az

Xəbər 997 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR