Bakıda 90-lıq yolda 60-la radara düşənlər var - VİDEO

Bakıda 90-lıq yolda 60-la radara düşənlər var   - VİDEO

Bu yolda bəzi nişanlar yoxdur - Sürücülər narazıdır

Aktual.az avtosfer.az-a istinadən xəbər verir ki, Bakı Dairəvi yolundan Badamdar qəsəbəsinə gedən yolda xəbərdaredici nişanların qoyulmaması bu istiqamətdə hərəkət edən sürücülərin sürət həddini aşmasına və cərimələnməsinə səbəb olur. Ekspertlər isə deyirlər ki, sürücülərin belə vəziyyətdə cərimələnməsi qanuna ziddir.

Sürücülərin də narazılığı Bakı Dairəvi yolundan Badamdar qəsəbəsi istiqamətinə gedən yolda lazımi nişanların qoyulmaması ilə bağlıdır. ''Yaşayış məntəqəsinin başlanğıcı" nişanı olmadığından sürücülər sürət həddi 110 kilometr olan yoldan hansı sürətlə hərəkət etməli olduğunu dəqiqləşdirə bilmir.

Sürət 60-ı keçdikdə cərimə meydançası yaxınlığında xidmət göstərən yol polisi avtomobilində olan radar işə düşür. «Yol hərəkəti haqqında» qanunun tələbinə görə isə bütün yaşayış mənətəqələrinin giriş hissələrində ''Yaşayış mənətqəsinin başlanğıc" nişanıı vurulmalıdır.

Digər bir məqam yolda radarın olduğunu əks etdirən xəbərdaredici nişanın da olmamasıdır. Bəs qeyd olunan nişanlar qoyulmadığı halda sürücülər cərimələnə bilərlərmi?

// Aktual.az

Xəbər 5281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR