Bakıda bəzi yollarda sürət həddi azaldıldı

Bakıda bəzi yollarda sürət həddi azaldıldı

Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də, paytaxt yollarında ciddi tıxac müşahidə edilmir.

Aktual.az  xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, ("Koroğlu" metro stansiyası istiqamətində) Heydər Əliyev prospekti, (şəhər istiqamətində) Xocalı prospekti, (şəhər istiqamətində) Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - Hava limanı istiqamətində, eləcə də Nobel prospekti - Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir. Qeyd edək ki, hazırda BNA müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.
 

Aktual.az 

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR