Bakı sakini özünü öldürdü Kredit borcuna görə

Bakı sakini özünü öldürdü  Kredit borcuna görə

Məcburi köçkün Bakıda özünü şəxsi evinin pəncərəsindən ataraq intihar edib. 

Nizami rayonunda kişi banka 17000 manat borcu olduğu üçün intihar edib. “8-ci kilometr”də 37 saylı evdə yaşayan və Cəbrayıl rayonundan məcburi köçkün olan şəxsin ölüm faktını araşdıran istintaq orqanına intiharın səbəbi də məlum olub.

Nizami Rayon Prokurorluğundan bildiriblər ki, 1978-ci il təvəllüdlü Şıxıyev Əliyar Qurban oğlu özünü iyun ayının 5-də binanın beşinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən atıb. O, aldığı travmalardan bu gün dünyasını dəyişib.

Mərhumun doğmalarının sözlərinə görə, o, banka borclu olduğu 17000 manatı ödəyə bilmədiyi üçün çox narahat idi. Fakt üzrə araşdırma davam etdirilir.

Aktual.az

Xəbər 782 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR