Bakı Metropolitenindən uşaqlara maraqlı jest - FOTO

Bakı Metropolitenindən uşaqlara maraqlı jest   - FOTO

Bakı Metropolitenində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sərgi təşkil edib.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə Bakı Metropoliteni rəhbərliyi bu dəfə də fərqli bir şey etmək qərarına gəlib: "Metropoliten əməkdaşlarının uşaqlarının bir qrupunun yaradıcılıq işlərini sərgiləmək qərarına gəldik. Rəsm çəkmək bacarığı olan uşaqların əsərləri metronun 6 stansiyasında məhz onların bayramı günü nümayiş olunur. İstəyənlər "Sahil", "Memar Əcəmi", "Elmlər Akademiyası", "Gənclik", "Nəriman Nərimanov" və "Qara Qarayev" stansiyalarında toplam 9 rəsm əsəri ilə tanış ola bilərlər. Uşaqlar bizim gələcəyimizdir".

Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR