Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzalı 25 dekabrdən 7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının  verdiyi məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb.

"Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişindaşıması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişindaşıması gözlənilir”, - deyə Ş.Mehmanqızı əlavə edib.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. 
 
Aktual.az
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR