"Bakcell"dən müştəriləri üçün Yeni il kampaniyası


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Music Gallery" mağazalar şəbəkəsi ilə birlikdə "Ulduzum" müştəriləri üçün BONUSLARIN təqdim olunmasını nəzərdə tutan Yeni il kampaniyasına başlayıb.

Şirkətdən verilən məlumata görə, 31 yanvar 2016-cı ilədək davam edəcək "Bakcell" şirkətinin bu yeni kampaniyası çərçivəsində "Ulduzum" kodunu əldə edən hər bir müştəri "Music Gallery" mağazalarından 20 AZN BONUS əldə etmələri barədə təbrik mesajı da alacaq.

20 AZN BONUSDAN faydalanmaq üçün "Ulduzum" müştəriləri "Music Gallery" mağazalarında alış-veriş etdikləri zaman *5555#YES yığaraq və ya "Ulduzum" mobil proqramından istifadə edərək "Ulduzum" kodunu almalı və SMS-lə aldıqları həmin kodu mağazanın kassirlinə təqdim etməlidirlər.

Qeyd olunan 20 AZN BONUS Music Gallery mağazalarından Ulduzum müştərilərinə Yeni İl kampaniyasının keçirilmə müddətində yalnız bir dəfə təqdim edilir.

Music Gallery mağazalarının ünvanları:

- 28 Mall Ticarət Mərkəzi (1-ci mərtəbə)
- Ə.Əliyev küçəsi 9
- Azadlıq prospekti 114, H. Əliyev küçəsi
- Azadlıq prospekti 14, 28 May küçəsi
- F.X.Xoyski küçəsi 118A
- M.Hadi küçəsi 27
- Ş.Bədəlbəyli küçəsi 98

1 milyon 700 min nəfərdən çox müştərisi ilə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika bölgələrində telekommunikasiya sahəsində bu gün ən yaxşı istehlakçı xidməti olan "Bakcell" şirkətinin "Ulduzum" proqramı abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edir, şirkətin öz müştəriləri və "Ulduzum" proqramının tərəfdaşları olan müəssisələrin müştəriləri üçün faydalar verərək müştəri sadiqliyini təşviq edir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetmə vasitəsilə "Bakcell" abunəçiləri mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən "Ulduzum" endirimlərindən faydalana bilirlər.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR