Bakcell şirkəti ƏlfəCIN layihəsinin uğur göstəricilərini paylaşır

Bakcell şirkəti ƏlfəCIN layihəsinin uğur göstəricilərini paylaşır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti  ölkənin öncül gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ƏlfəCIN adlanan intellektual layihəsinin ilk ilinə yekun vurub.

ƏlfəCIN layihəsinin əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaq, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına ictimai və biznes sektorunun töfhəsini təmin etmək idi.

ƏlfəCIN layihəsi çərçivəsində son bir il ərzində Bakcell və Xəzər İntellektual Gənclər Klubu yeniyetmə və gənclər üçün intellektual oyunlar üzrə bir çox turnirlər təşkil ediblər. Onlar arasında hər il ənənəvi olaraq təşkil olunan Ağıl Oyunları Festivalı, Azərbaycan Kuboku, Azərbaycan Superkuboku, İntellekt Marafonu Festivalı və digər yarışları qeyd etmək olar.

Bu layihədən Azərbaycanın 18 regionu daxil olmaqla ümumilikdə 12000-ə yaxın yeniyetmə və gənc faydalanıb. Layihə çərçivəsində intellektual oyunlar üzrə 15-dən çox turnir təşkil olunub. ƏlfəCIN layihəsi biznes, dövlət və ictimai sektorun birgə səyləri nəticəsində geniş kütləyə çatdırılıb və gənclərin maarifləndirilməsində önəmli sosial hadisəyə çevrilib.

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR