Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb

Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb

Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, şirkət Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yeni konsept və dizaynda olan Satış və Xidmət Mərkəzinin açılışını edib. Ordubad şəhəri, Heydər Əliyev küçəsi 35 ünvanında yerləşən yeni məntəqədə abunəçilərə müxtəlif çeşiddə xidmətlər təqdim olunur.

“İndi Ordubad sakinləri Bakcell şirkətinin təqdim etdiyi məhsul və xidmətlərdən daha asanlıqla faydalana biləcəklər. Azərbaycanda ən geniş əhatə dairəsi olan və ən etibarlı
şəbəkəyə malik Bakcell şirkəti öz xidmətlərinin abunəçilərə daha əlçatan olması üçün
satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edəcək”, - deyə

Bakcell şirkətinin pərakəndə satış və distribyusiya departamentinin rəhbəri Paşa
Paşayev bildirib. Bakcell şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Bakcell Müştəri Xidmətləri Mərkəzləri haqqında məlumat almaq
üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/contact-us/customer-care-offices

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR