“Bakcell” Bakı metrosunda ən üstün əhatə dairəsini qoruyub saxlayır

“Bakcell” Bakı metrosunda ən üstün əhatə dairəsini qoruyub saxlayır

“Bakcell” şirkəti abunəçilərinə ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini hər yerdə, o cümlədən, yeraltı məkanlarda da təqdim etmək məqsədilə öz şəbəkəsinin inkişafına daim investisiya yatırmaqda davam edir.


“Bakcell” şirkətindən  verilən məlumata görə, hazırda Bakı Metropoliteninin bütün sahələrinə xidmət göstərən 127 2G və 3G baza stansiyası sabit siqnal qəbulunu təmin edərək, “Bakcell” abunəçilərinin həm metronun stansiya platformalarında, həm də tunellərində həmişə əlaqədə olmalarına imkan yaradır.

Bu yaxınlarda müstəqil üçüncü tərəf xidmət təchizatçısı tərəfindən Bakı Metropolitenində keçirilmiş şəbəkələrin keyfiyyət monitorinqinin (bençmarkinq) nəticələrinə görə, rəqibləri ilə müqayisədə əhəmiyyətli dərəcədə daha güclü əhatə dairəsinə malik olan şəbəkəsi ilə Bakcell şirkəti öz üstün mövqeyini qoruyub saxlayır. “Bakcell” abunəçiləri 2G və 3G şəbəkələrinin əhatə dairəsindən metronun girişlərində, stansiya birləşmələrində və platformalarda faydalana bilirlər. Metropolitenin bütün xətlərində tunellərdə “Bakcell” 2G şəbəkəsinin əhatə dairəsi 90%*, 3G şəbəkəsinin əhatə dairəsi isə 80%* təşkil edir. Müqayisə üçün qeyd edək ki, digər operator şəbəkəsinin metro tunellərində əhatə dairəsi xeyli zəifdir (78%*), metropolitenin əksər sahələrində isə 3G şəbəkəsinin əhatə dairəsi heç yoxdur.

Bu gün “Bakcell” abunəçiləri mobil rabitə xidmətlərindən və “Facebook”, “Instagram”, “WhatsApp”, “Twitter” və s. bu kimi sevimli mobil tətbiqlərdən istədikləri zaman hər yerdə, hətta metronun yeraltı tunellərində hərəkətdə olarkən istifadə etmək imkanına malikdirlər. “Bakcell” şirkəti öz abunəçiləri üçün əhatə dairəsi, məhsuldarlıq və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə daha geniş və güclü olan şəbəkənin təmin olunmasından məmnunluq hissi duyur.

*Qeyd: Şəbəkənin yaxşı əhatə dairəsi 100 dB-dən yuxarı siqnal gücü hesab edilir.

 

Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR