"Azərsu": Gün ərzində suyun verilişində sabitlik təmin ediləcək


 "Hazırda Ceyranbatan su anbarındakı təmizləyici qurğularımız tam gücü ilə, Kür çayındakı su təmizləyici qurğularımız isə 80% gücü ilə işləyir".

Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
"Hazırda Oğuz-Qəbələ xəttindəki su təmizləyici qurğunu işə salmağa hazırlaşırıq. Gün ərzində suyun verilişində sabitlik təmin ediləcək və abunəçilərin böyük əksəriyyətinin axşam saatlarında suyu olacaq", - deyə o, qeyd edib. 

Aktual.az
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR