Azərbaycanlılar Türkiyədə ev alışını 2,5 dəfə azaldıb

Azərbaycanlılar Türkiyədə ev alışını 2,5 dəfə azaldıb

Bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 35 mənzil alıb.

"Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin aprel ayı ilə müqayisədə 52 mənzil və ya 2,5 dəfə azdır.
Ümumilikdə isə yanvar-aprel aylarında 319 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin dörd ayı ilə müqayisədə 55 ədəd və ya 14,7% azdır.
Qeyd edək ki, bu ilin aprelində Türkiyədə 796 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin aprel ayı ilə müqayisədə 2 972 ədəd və ya 4,7 dəfə azdır.
Bu ilin yanvar-aprel aylarında isə Türkiyədə 13 485 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 1 621 ədəd və ya 12% azdır. 
2020-ci ilin aprel ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar apreldə 157, yanvar-aprel aylarında isə 2 021 mənzil əldə edib.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 103, yanvar-apreldə isə 1 959 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar apreldə 61 mənzil, yanvar-apreldə isə 824 mənzilə sahib olub.
Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR