Azərbaycanlı oliqarx qızına 300 minlik maşın - HƏDİYYƏ ETDİ

Azərbaycanlı oliqarx qızına 300 minlik maşın  - HƏDİYYƏ ETDİ

Bakıda çəkilmiş foto sosial şəbəkədə böyük marağa və paylaşımlara səbəb olub.

Aktual.az criminal.az-a istinadən xəbər verir ki, fotoda 99 DT 414 dövlət nömrə nişanlı evakuatorun üzərində qiyməti təxminən 300 min manat olan "Mercedes-Benz"-G63 avtomobili əks olunub.

Bahalı avtomobil gül və qırmızı lentlərlə bəzədilib. Avtomobilin ön şüşəsinin yuxarı tərəfindəki “atadan” və nömrə yerindəki “ad günün mübarək” sözləri onun hədiyyə olduğunu göstərir. Həmin övladın və atasının adı isə məlum deyil.

Saytımız həddiyə avtomobilin dövlət nömrə nişanlı fotosunu əldə edib. Sayta daxil olan məlumata görə, 10 TJ 100 dövlət nömrə nişanlı avtomobili qızına hədiyyə edən ata Azərbaycanın məhşur oliqarxlarındandır.

Aktual.az

Xəbər 9406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR