"Qarabağ" və "Neftçi" klubunun sabiq futbolçusu İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək.
Aktual.az xəbər verir ki, 22 yaşlı müdafiəçi "Samtredia" klubu ilə anlaşıb.
Ancaq futbolçu iləimzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, İbrahim Qədirzadə son olaraq "Neftçi-2"nin formasını geyinib. "Qarabağ"ın U-19 komandasında oynayan futbolçu "Xəzər Lənkəran" klubunun yetirməsidir.
Xəbər 554 dəfə oxunub.