Azərbaycanlı aktyor böyrəyini satır: "Banka borcum var"

Azərbaycanlı aktyor böyrəyini satır:

Bakı Uşaq Teatrının gənc aktyoru Cavanşir Məhərrəmov böyrəyini satması barədə yayılan xəbərlərdən danışıb.

Ölkə.az-a danışan aktyor belə bir fikrinin olduğunu söyləyib. Məhərrəmov bildirib ki, böyrəyini ehtiyac ucbatından satmaq qərarına gəlib:

"Banka borcum var. Ailədə üç nəfərik, işləyən təkcə mənəm. Mənim də əməkhaqqım 174 manatdır. Halbuki kirayəyə 190 manat ödəyirəm. Yeməsək, içməsək 16 manat da aylıq məvacibimin üstünə qoyub kirayə verməliyəm. Əlavə gəlirim yoxdur. Əvvəl seriala, filmə çəkilib 5-10 manat qazanırdım. İndi o da yoxdur".

Qeyd edək ki, Cavanşir Məhərrəmov 2006-cı ildən Bakı Uşaq Teatrında çalışır. 2010-2012-ci illərdə Mədəniyyət və Turizm idarəsi tərəfindən "İlin ən yaxşı aktyoru" nominasiyasında mükafatla təltif olunub.

// Aktual.az

Xəbər 2597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR