Azərbaycanın turizm gəlirləri artacaq

Azərbaycanın turizm gəlirləri artacaq

Hər gün ərəb ölkələrindən 600-1000 nəfər turist Azərbaycana gəlir.

Bu il ərzində Azərbaycanın turizmdən gəlirləri 1 milyard 834 milyon dollara çatacaq. 

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə “World Travel and Tourism Council”in (WTTC – Dünya Səyahət və Turizm Şurası) ekspertləri açıqlama yayıblar.

2015-ci ilə nisbətən Azərbaycana gələn turistlərin sayı 6,4% artaraq 1 milyon nəfərə çatıb.

Hər gün ərəb ölkələrindən 600-1000 nəfər turist Azərbaycana səyahət edir. Həmin ərəb ölkələri arasında Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman və İraq vətəndaşları üstünlük təşkil edirlər ki, onlar da gün ərzində ölkədə minimum 150-200 dollar xərcləyirlər.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, bu ilin mayında ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 30 dəfə artıb.

Ekspertlər 2015-ci ildə manatın devalvasiyasından sonra ölkənin daha cəlbedici olduğunu qeyd edirlər.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR