Azərbaycanın tanınmış müğənnisi ölüm ayağında - Türkiyəyə apardılar

Azərbaycanın tanınmış müğənnisi ölüm ayağında  - Türkiyəyə apardılar

Tanınmış aşıq Azər Xanlaroğlunun vəziyyəti pisləşib. O, sabah Türkiyəyə aparılacaq.

Aktual.az bildirir ki, bu barədə azvision.az-a aşıq özü məlumat verib.

"Ayağımda yaranmış kəskin şişlə bağlı burada konkret qərar verə bilmədilər. İstanbulda da sağalacağıma söz vermirlər. Sabah məni Türkiyəyə aparacaqlar. Allahdan ümid kəsilməz. Hazırda bədənimdə piylənmə dayanıb. Pəhriz saxlayıram. Əsas narahatlığım ayağımla bağlıdır. Bəlkə də Allahın mənə yazığı gələr, şəfa taparam".

Qeyd edək ki, Aşıq Azər 3 ildir ki, "Hepatit" xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəskin şiş var. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir. Xəstəliyin müalicəsi İsraildə mümkündür və 60 min dollara başa gəlir.

// Aktual.az

Xəbər 12537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR