Azərbaycanın 12 regionunda YENİLİK

Azərbaycanın 12 regionunda YENİLİK

"Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 12 regionunda aqrokimyəvi laboratoriyalar yaradacaq".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov bildirib: "Artıq tender keçirilib və qalibi də müəyyən olunub. Təxminən bu ilin sonu-gələn ilin əvvəlinə 12 regionda aqrokimyəvi laboratoriyaların qurulması üzrə işlərə start veriləcək ki, bundan sonra treninqlər başlanacaq. Bu, genişmiqyaslı prosesdir".

Nazir əlavə edib ki, həmçinin veterinar, eləcə də fitosanitar laboratoriyalar yaradılacaq.
 
Aktual.az
Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR