Azərbaycanda yenidoğulanlar müayinə olunacaqlar

Azərbaycanda yenidoğulanlar müayinə olunacaqlar

Azərbaycanda yenidoğulanların bir sıra anadangəlmə və irsi xəstəliklərə görə skrininqinin aparılması nəzərdə tutulur.

Aktual.az  report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

N.Quliyev bildirib ki, bu məsələ Səhiyyə Nazirliynin strategiya planında yer alıb: "Bu, sadə məsələ deyil. Bütün yenidoğulanların hamısını tək-tək müayinə edilməsi böyük vəsait tələb edir. Çünki ölkədə hər il 170-175 min körpə dünyaya gəlir. Bütün uşaqların hamısının müayinə edilməsi çətindir. Hansı ki, bu müayinələr sadə deyil".

N.Quliyev qeyd edib ki, irsi genetik müayinələri aparmaq üçün ən azı gen səviyyəsində molekulyar bioloji üsulları tətbiq etməklə müayinələr aparılmalıdır: "Bütün məsələlər planda var. Plan hazırlanarkən bir çox ölkələrin təcrübəsi öyrənilib. Yəqin ki, yenidoğulan uşaqların bir-bir skrininqi mümkün olacaq. Bu gün genetik skrininq yalnız bəzi özəl və təsərrüfat xarakterli tibb müəssisələrində aparılır. Çünki, bu iş çox maliyyə vəsaiti tələb edir. Halbuki, irsi xəstəliklərin elə növü var ki, onun müayinəsi üçün yenidoğulan uşaqların hamısı yoxlanmalıdır".
 
Aktual.az
Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR