Azərbaycanda yeni fabrik işə salınıb

Azərbaycanda yeni fabrik işə salınıb

"Anglo-Asian Mining plc" (ААМ) şirkəti Azərbaycanda mis və qiymətli metallar istehsalı üzrə yeni flotasiya fabrikini işə salıb.

Aktual.az -ın şirkətə istinadən verdiyi məlumata görə, bunu AAM-ın baş direktoru Rza Vəziri deyib.

Onun sözlərinə görə, fabrikin buraxılış qabiliyyəti saatda 90 ton təşkil edir: "Hazırda metalların bərpası prosesini istehsal edilən konsentratın keyfiyyətini optimallaşdırırıq"

AAM bu il fabrikdə 5 min unsiya qızıl və 1,2 min ton mis hasil etməyi planlaşdırır. Fabrik qızıl və mis hasilatının həcmini artırmağa imkan verəcək.

Xəbər 2468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR