Azərbaycanda yalançı elmə qarşı mübarizə komissiyası yaradıldı

Azərbaycanda yalançı elmə qarşı mübarizə komissiyası yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasının gündəliyində yer alan məsələlərdən biri yalançı elmə qarşı mübarizə ilə bağlı olub.

Aktual.az  "Report”-a istinadən xəbər verir ki, AMEA prezidenti, akademik Akif Əlizadə son illər elmi fəaliyyət sahəsində həyata keçirilən çoxşaxəli islahatlar və elmin təbliği istiqamətindəki tədbirlər nəticəsində elmin nüfuzunun cəmiyyətdə yüksəldiyini deyib. 

Lakin bununla yanaşı, elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyaların da müşahidə olunduğunu vurğulayan akademik, xüsusilə, yalançı elmə marağın artdığını, elmi imitasiya tipli fəaliyyətin genişləndiyini söyləyib.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirilmək məqsədilə Komissiya yaradıb.

Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın tərkibi təsdiq edilib.
 
Aktual.az
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR