Azərbaycanda universitet tələbəsi vəhşicəsinə döyüldü

Azərbaycanda universitet tələbəsi vəhşicəsinə döyüldü

Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb.

Oktyabrın 3-dən 4-ə keçən gecə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının tələbəsi 1998-ci il təvəllüdlü Röyal Rövşən oğlu Bədirov qapalı kəllə-beyn travması və bədənin yumşaq toxumalarının əziyi dioqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan "Report"a bildirlib ki, Röyal Bədirov müayinə zamanı Zaqatala şəhər ərazisində tanımadığı şəxslər tərəfindən döyüldüyünü bildirib. Röyal Bədirova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR